Dek
2019
14:47
192
11
4443
Virtual karabakh

Rusiyalı müğənni azərbaycanlı gimnastı uğuruna görə təbrik etdi - VİDEO

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilmiş idman gimnastikası üzrə beynəlxalq turnirdə yeddi medal qazanan azərbaycanlı idmançı Hüseyn Xəlilovu Rusiyanın əməkdar artisti, müğənni və teleaparıcı Anita Soy təbrik edib.

Oxu.Az xəbər verir ki, 48 yaşlı Koreya əsilli müğənni Moskvadan etdiyi təbrikində doqquz yaşlı Hüseynin bu qələbəsi münasibəti ilə valideynlərinə gözaydınlığı verib.

O bildirib ki, yeddi medal (altı qızıl və bir gümüş) qazanmış Hüseyn valideynlərinin fəxridir və onların etimadını doğruldur.

Qeyd edək ki, daha əvvəl Hüseyn Xəlilovu idman gimnastikası üzrə dördqat Olimpiya, beşqat dünya və Avropa çempionu Aleksey Nemov video vasitəsilə təbrik etmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri