Dek
2019
16:51
185
9
2101
Virtual karabakh

Dünyanın üç ən reytinqli azərbaycanlı taekvondoçusu ilin son yarışına gedir

4 Dek, 2019
16:51
2101

Dünyanın üç ən reytinqli azərbaycanlı taekvondoçusu ilin son yarışına gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskvada Qran-Pri turnirinin final mərhələsi keçiriləcək. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə taekvondoçularımız həlledici mərhələyə qatılmaq üçün bu gün Moskva şəhərinə yollanır.

Baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun sərəncamında olan idmançılardan Cavad Ağayev (-68 kq), Milad Beiqi Hərçəqani (-80 kq) və Radik İsayev (+80 kq) mübarizəyə qoşulacaq. 42 ölkədən 128 idmançının qatılacağı yarışlar Moskvanın “Dinamo” idman sarayında 6-7 dekabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, dünyanın reytinqli 16 kişi və qadın taekvandoçuların mübarizə aparacağı final mərhələsinin mükafatçıları aktivlərinə müvafiq olaraq 80, 48 və 28,8 reytinq xalı əlavə edəcək.

Komandamız dekabrın 8-də vətənə dönəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri