Dek
2019
12:10
23
115
1565
Virtual karabakh

“Formula-1” Azərbaycan Qran-Prisinin könüllü qeydiyyatına start verildi

5 Dek, 2019
12:10
1565

“Formula-1” Azərbaycan Qran-Prisinin könüllü qeydiyyatına start verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına start verilib.

Oxu.Az xəbər verir ki, Bakı Şahar Halqası əməliyyat Sirkəti (BŞH) “5 dekabr - Beynəlxalq Könüllülər Günü” munasibətilə xüsusi tədbir keçirərək, yeni “Formula-1” mövsümü üçün könüllülərin qeydiyyatına təntənəli şəkildə başlayıb.

Pit binasında yerləşən Paddok Klubda reallaşan tədbirdə BŞH-nin İnsan Resursları şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü Zaur Darabzadə nitq söyləyərək, karyera quruculuğuna dair öz təcrübələrini iştirakçılarla bölüşüblər.

2020-ci il Qran-Prisi üçün 3 min könüllünün cəlb olunması nəzərdə tutulub. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur.

Proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marsal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatlan və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 5-7 iyunda keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri