Dek
2019
23:47
148
16
5185
Virtual karabakh

Həmyerlimizin qolu komandasına qələbə qazandırdı: Oyunun ən yaxşısı seçildi - VİDEO

Rusiya Premyer Liqasında XIX turun oyunları davam edir. 

Oxu.Az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” turu səfərdə keçirib. 

Sözügedən komanda Qroznıda “Axmat”la üz-üzə gəlib. 

Həmyerlimiz görüşə start heyətində başlayıb və sona qədər meydanda olub. 

Azərin 10-cu dəqiqədə vurduğu qol komandasına qələbə qazandırmaqla yanaşı, özünün də oyunun ən yaxşı seçilməsinə səbəb olub. 

Qeyd edək ki, 19 oyundan sonra aktivində 25 xal olan “Ufa” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri