Dek
2019
02:30
98
105
5144
Virtual karabakh

Ronaldunun qolu “Yuventusu” xilas edə bilmədi – Mövsümün ilk məğlubiyyəti

8 Dek, 2019
02:30
5144

Ronaldunun qolu “Yuventusu” xilas edə bilmədi – Mövsümün ilk məğlubiyyəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Turinin “Yuventus” klubu İtaliya çempionatının 15-ci turunun oyununda “Latsio”ya məğlub olub.

Görüş Roma klubunun 3:1 hesabı ilə qələbəsilə başa çatıb. Qeyd edək ki, turinlilər üçün bu, mövsümdə ilk məğlubiyyətdir.

Oyunda hesabı 25-ci dəqiqədə qol vurmaqla Kriştianu Ronaldu açıb. Lakin oyunun birinci hissəsinə əlavə olunmuş dəqiqədə (45+1) Luise Filipe  rəqib qapısından top keçirməklə hesabı bərabərləşdirib. Qalib komandada Sergey Milinkoviç-Saviç (74) və Filipe Kaysedo (90+5) da fərqləniblər.

Oyunun gedişatı zamanı “Latsio” penalti də vurmuşdu, lakin Çiro İmmobile 11 metrlik zərbənin öhdəsindən gələ bilməmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri