Dek
2019
04:28
227
111
8770
Virtual karabakh

Messi het-triki ilə yeni rekord vurdu – Ronaldunu keçdi

8 Dek, 2019
04:28
8770

Messi het-triki ilə yeni rekord vurdu – Ronaldunu keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi öz klubuna İspaniya çempionatının 16-cı turunun "Malorka" ilə oyununda qələbə qazanmağa kömək edib. Görüş kataloniyalıların xeyrinə 5:2 hesabı ilə yekunlaşıb. Messi üç qol vurmaqla La Liqanın yeni rekordunu müəyyənləşdirib.

“Qızıl top”un altıqat sahibi rəqibin qapısından üç top keçirməklə İspaniya birinciliyində 35-ci het-trikinə imza atıb. Beləliklə də, “Barsa”nın kapitanı “Real”ın 34 het-triki olan sabiq forvardı Kriştianu Ronaldunu keçərək bu göstərici üzrə lider oldu.

Messidən savayı “Barselona”nın hesabına Luiz Suares və Antuan Qrizman da xal yazıblar. “Malorka”nın heyətində isə Ante Budimir dubl edib.

Bugünkü görüşdən sonra kataloniyalılar 34 xal toplamaqla cədvəldə birinci pilləyə yüksələ biliblər. “Real”  da eyni xala malik olsa da, əlavə göstəricilərinə görə “Balselona” irəlidədir. “Malorka” isə 14 xalla 17-ci pillədə qərarlaşıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri