Dek
2019
22:50
227
22
8059
Virtual karabakh

Türk futbolçu yanvarda “Barselona”ya keçə bilər

9 Dek, 2019
22:50
8059

Türk futbolçu yanvarda “Barselona”ya keçə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A seriyasında çıxış edən “Yuventus” klubunun türk futbolçusu Merih Demiralın adı “Barselona” ilə hallanır.

“Spor Arena” xəbər verir ki, Turin klubunun “Barselona”dan İvan Rakitiçi transfer etmək istəməsi Merih Demiralın katalon klubuna keçidinə səbəb ola bilər.

Məlumata görə, İvan Rakitiçi yanvar ayında heyətinə cəlb etmək istəyən “Yuventus” Merih Demiral və ya Daniel Ruqanini “Barselona”ya təklif edib.

Jerar Pikenin yaşının çox olması səbəbilə gənc və uzun müddət çıxış edə biləcək bir müdafiəçiyə ehtiyacı olan “Barselona”nın italyanların təklifinə müsbət baxdığı qeyd olunur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri