10 
Dek
2019
20:05
131
17
2360
Virtual karabakh

Ağır atletimiz Avropa birinciliyində bir qızıl, bir gümüş medal qazandı

10 Dek, 2019
20:05
2360

Ağır atletimiz Avropa birinciliyində bir qızıl, bir gümüş medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Ağır Atletika Federasiyasından verilən məlumata görə, yaşı 15-ə qədər olan atletlərdə 73 kq çəki dərəcəsində Nurlan Məmmədzadə qüvvəsini sınayıb.

O, birdən qaldırma hərəkətində 115 kq nəticə ilə 5-ci yeri tutub.

Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. Nurlan 145 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb. Yeniyetmə atletimiz bu çəkini qaldırmaqla eyni zamanda, öz yaş qrupunun bu çəkisində təkanla qaldırma hərəkətinin yeni Avropa rekordunu müəyyənləşdirib.

Nurlan Məmmədzadə toplam 260 kq (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri