12 
Dek
2019
23:44
199
183
10594
Virtual karabakh

Azlıqda qalan “Qarabağ” son anda məğlubiyyətdən xilas oldu - YENİLƏNİB

12 Dek, 2019
23:44
10594

Azlıqda qalan “Qarabağ” son anda məğlubiyyətdən xilas oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” - “Düdelanj” matçı 1-1 hesablı heç-heçə ilə bitdi. 
Bununla da “Qarabağ” UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsini 3-cü yerdə yekunlaşdırdı. 

23:41

“Qarabağ” oyunun əsas vaxtının sonuncu dəqiqəsində hesabı bərabərləşdirməyə müvəffəq olub: 1-1. Qolun müəllifi Magaye Gueyedir.  

23:14

“Qarabağ” hesabda geri düşüb. 

İkinci hissənin ilk dəqiqəsində Qara Qarayev ikinci sarı kart alıb komandasını azlıqda qoyub. 

Bundan istifadə edən rəqib 63-cü dəqiqədə hesabda irəli çıxıb. Qolun müəllifi Sabir Bougrinedir. 

22:41

“Qarabağ” - “Düdelanj” matçının ilk hissəsi qolsuz bərabərliklə yekunlaşdı.

Oyunun 30-cu dəqiqəsində Qara Qarayev sarı kart alıb. 

Topa sahib olma göstəricilərinə görə “Qarabağ”ın üstünlüyü var. 

21:56

UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində “Qarabağ” - “Düdelanj” matçı start götürdü. Bu, “Qarabağ”ın qrup mərhələsində son oyunudur. 

20:55

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində “Qarabağ” - “Düdelanj” klubları arasında keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

UEFA-nın rəsmi saytının məlumatına görə, bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə “Qarabağ”ın heyətində Şahruddin Məhəmmədəliyev, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, İsmayıl İbrahimli, Qara Qarayev, Abdulla Zubir, Mahir Əmrəli və Dani Kontana yer alıblar.

“Düdelanj”ın ilk onbirliyində Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendinin adları var.

Matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri