13 
Dek
2019
01:25
247
18
6739
yuxarı
Üç futbolçu azyaşlı qızı zorladıqları üçün 38 il həbs cəzası aldı
13 Dek, 2019
01:25
6739
247
18
Üç futbolçu azyaşlı qızı zorladıqları üçün 38 il həbs cəzası aldı
İspaniyalı futbolçular Karlos Kuadrado, Viktor Rodriqes və Raul Kalvo 38 illik həbs cəzası alıblar.
“Associated Press” xəbər verir ki, onların məhkəmə qarşısına çıxma səbəbi 15 yaşlı qızı zorlamaları olub.
2017-ci ildə futbolçular qızı kirayələdikləri mənzilə dəvət edib və zorlayıblar. İdmançılar öz günahlarını qəbul etməyiblər. Onlar deyiblər ki, həqiqətən həmin mənzildə olublar, lakin yeniyetmə ilə aralarında heç bir münasibət olmayıb. Futbolçular qızın dəqiq yaşını bilmədiklərini də söyləyiblər.
Qeyd edək ki, hər üç futbolçu İspaniyanın “Arandina” klubunda çıxış ediblər. Klub İspaniyanın 4-cü liqasında mübarizə aparır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək