16 
Dek
2019
10:10
81
10
1487
Virtual karabakh

Şəhriyar Məmmədyarov: “Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam”

16 Dek, 2019
10:10
1487

Şəhriyar Məmmədyarov: “Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əziz şahmatsevər dostlar. Çox heyf ki, İddiaçılar Turnirinə çıxa bilmədim. Amma hər şey yaxşıdır”. 

Bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov “Facebook” səhifəsində yazıb. 

34 yaşlı qrossmeyster 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanmamasına münasibət bildirib. O qeyd edib ki, bunu qarşıdakı illərdə yenidən reallaşdıracağına inanır:

“Növbəti iki il üçün var qüvvə ilə çalışıb, hər şeyi əldə etməyə çalışacam. Mənə dəstək olduğunuz üçün çox sağ olun”.

Qeyd edək ki, Məmmədyarov İsrailin Yerusəlim keçirilən Qran-Prinin həlledici - IV mərhələsinin 1/8 finalında rusiyalı Dmitri Yakovenkoya məğlub olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri