16 
Dek
2019
11:49
42
18
1804
Virtual karabakh

Millimizin futbolçusu qırmızı vərəqə aldı, oyun təxirə salındı - VİDEO

16 Dek, 2019
11:49
1804

Millimizin futbolçusu qırmızı vərəqə aldı, oyun təxirə salındı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya I liqasının XX turunda millimizin üzvü Eddi İsrafilovun da forma geyindiyi “Albasete” komandasının ukraynalı oyunçusu Roman Zozulya “Rayo Valyekano” azarkeşlərinin təhqirinə məruz qalıb.

“Carrusel Deportiva” xəbər verir ki, meydan sahibinin azarkeşləri qarşılaşmanın ilk hissəsi ərzində qonaqların hücumçusu Zozulyanın ünvanına xoşagəlməz şüarlar səsləndirib.

“Rayo Valyekano” azarkeşləri oyunçunu "nasist" adlandırıb. Əvvəlcə qarşılaşmanın baş hakimi oyunu saxlayıb, daha sonra isə, ümumiyyətlə, təxirə salıb.

Komandalar arbitrin bu qərarını dəstəkləyib. Ukraynalı oyunçunun baş verənlərdən məyus olduğu və soyunub-geyinmə otağında göz yaşlarını saxlaya bilmədiyi bildirilib.

Nəşrin məlumatına görə, hələ qarşılaşmadan əvvəl oyunçu meydana çıxmağa tərəddüd edib, təhlükəsizlik məsələlərindən ehtiyat edib, lakin sonda meydana çıxmağa qərar verib.

2017-ci ildə Zozulya “Rayo Valyekano”nun oyunçusu olub. Komandada heç bir qarşılaşmada iştirak etməyən oyunçu azarkeşlərlə yaranmış münaqişəyə görə komandanı tərk edib.

Qeyd edək ki, millimizin üzvü Eddi İsrafilov “Albasete”nin start heyətində oyuna başlayıb və ikinci hissənin artırılmış dəqiqəsində qırmızı vərəqə alıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri