16 
Dek
2019
16:29
77
26
6888
Virtual karabakh

“Başakşehir” üçün çətin, “Mançester Yunayted” və “Sevilya” üçün asan rəqib - PÜŞKATMA

16 Dek, 2019
16:29
6888

“Başakşehir” üçün çətin, “Mançester Yunayted” və “Sevilya” üçün asan rəqib - PÜŞKATMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. 

Oxu.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.

Püşkatmanın nəticələrinə əsasən, cütlər belə müəyyənləşib:

“Vulverhempton” (İngiltərə) - “Espanyol” (İspaniya)

“Sportinq” (Portuqaliya) - “Başakşehir” (Türkiyə)

“Xetafe” (İspaniya) - “Ayaks” (Hollandiya)

“Bayer” (Leverkuzen, Almaniya) - “Porto” (Portuqaliya)

“Kopenhagen” (Danimarka) - “Seltik” (Şotlandiya)

APOEL (Kipr) - “Bazel” (İsveçrə)

ÇFR (Rumıniya) - “Sevilya” (İspaniya)

“Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə)

“AZ Alkmar” (Hollandiya) - LASK (Avstriya)

“Brügge” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)

“Ludoqorets” (Bolqarıstan) - “İnter” (İtaliya)

“Ayntraxt” (Frankfurt, Almaniya) - “Zaltsburq” (Avstriya)

“Şaxtyor” (Donetsk, Ukrayna) - “Benfika” (Portuqaliya)

“Volfsburq” (Almaniya) - “Malmö” (İsveç)

“Roma” (İtaliya) - “Gent” (Belçika)

“Reyncers” (Şotlandiya) - “Braqa” (Portuqaliya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri