16 
Dek
2019
17:57
114
27
5894
Virtual karabakh

Türk ulduzun transferi niyə imkansızdır? - İtaliya mətbuatı

16 Dek, 2019
17:57
5894

Türk ulduzun transferi niyə imkansızdır? - İtaliya mətbuatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuventus”un heyətində ötən gecə növbəti dəfə uğurlu çıxışı ilə seçilən türk futbolçu Merih Demiral İtaliya mətbuatının gündəmini zəbt edib.

“La Gazzetta dello Sport” nəşri türk futbolçu ilə bağlı “Nə üçün Merihin transferi mümkünsüzdür?” başlığından istifadə edib.

“Bir “De”dən digər “De”yə nəticə heç dəyişmir. De Lixtin yerinə Demiral keçsə də “Yuventus”un müdafiəsi həmişə ən üst səviyyədə qalır. Çempionlar liqasındakı möhtəşəm çıxışın ardından, Sarri Merihə güvənib “Udinese” qarşısında onu Bonucci ilə birlikdə oynatdı. O da möhtəşəm bir çıxışla bunun əvəzini ödədi. İlk dəqiqədən son dəqiqəyə qədər qarşısındakı nəhəng Okakanı tutan Merih bir çox epizodda köməyə çatdı. Hesaba da təsir göstərən Merih Bonuccinin atdığı qolda məhsuldar ötürmə edib. “Yuventus” üçün möhtəşəm bir yatırım olan Merihin yanvar ayında satılması bir o qədər də mümkün görünmür”, - nəşr yazıb.

Xatırladaq ki, “Yuventus”un 3-1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Merih Demiral 90 dəqiqə meydanda olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri