28 
Dek
2019
12:39
128
17
1671
Virtual karabakh

Azərbaycanlı qadın parataekvondoçu ilin idmançısı seçildi - FOTO

Bu gün Milli Paralimpiya Komitəsi ilin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirib. 

Oxu.Az-ın xəbərinə görə, komitənin prezidenti İlqar Rəhimov bildirib ki, yeddi idman növü üzrə Tokio Paralimpiya Oyunlarına yeddi idman növü üzrə lisenziya qazanılıb. 

Tədbirdə vurğulanıb ki, basketbol yeni ildən yeni idman növü kimi Azərbaycanda paralimpiya hərəkatında təmsil olunacaq. 

İlin məşqçiləri - Əkbər Muradov (güllə atıcılığı üzrə paralimpiya millimizin baş məşqçisi), Natiq Əliyev (parapauerliftinq üzrə məşqçi)

İlin idmançısı - Aynur Məmmədova (parataekvondo)

İlin uşaq idmançıları - Əli Vəliyev, Elnarə Nizamlı

Komitənin ən yaxşı işçisi - Kənan Pirizadə (qurumun İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin aparıcı mütəxəssisi) 

Həmçinin, Gənclər və İdman Nazirliyi və Maliyyə Nazirliyi, Dağ Xizəyi Federasiyası, Boççia Federasiyası, Cüdo Federasiyası, UNICEF və bir sıra şirkətlər əməkdaşlığa görə mükafatlandırılıb. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri