10 
Yan
2020
11:32
66
531
8716
Virtual karabakh

Azərbaycan millisinin futbolçusu saçını erməni bərbərə qırxdırır - FOTO

10 Yan, 2020
11:32
8716

Azərbaycan millisinin futbolçusu saçını erməni bərbərə qırxdırır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Dmitri Nəzərovun Almaniyadakı bərbəri ermənidir. 

Oxu.Az xəbər verir ki, bu barədə blick.de saytı məlumat yayıb.

“Ertsqebirqe” klubunun yarımmüdafiəçisi Aue-Bad Şlema şəhərində biznesə başlayan erməni Ovik Manukyanın ilk tanınmış müştərisi olub. Bunu bərbər özü də açıqlamasında söyləyib. O bildirib ki, iş qurmaq üçün üç ay yarım əziyyət çəkib və bərbərxananı açdıqdan cəmi iki gün sonra ilk məşhur qonağı Dmitri Nəzərov olub.

Ovik Manukyan bildirib ki, 2012-ci ildə Ermənistandan Almaniyaya gəlib. Onun sözlərinə görə, vətəni Ermənistan Azərbaycanla hələ də müharibə şəraitindədir.

Qeyd edək ki, Dmitri Nəzərov Qazaxıstanda doğulsa da, Almaniyada yaşayır. O, 2014-cü ildən milliləşdirilərək yığmamıza cəlb olunub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri