14 
Yan
2020
17:40
365
20
6255
Virtual karabakh

Azərbaycanlı məşqçi sayəsində erməni idmançıya uzunmüddətli cəza verildi - ÖZƏL

14 Yan, 2020
17:40
6255

Azərbaycanlı məşqçi sayəsində erməni idmançıya uzunmüddətli cəza verildi - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əslində, dekabrda Rafael Abrahamyanla döyüşməli idik. Ancaq sonra döyüşü fevralda Moskvada keçirmək istədilər. Moskvada bir azərbaycanlı məşqçi və ətrafındakılar səbəbindən Rafaelə altı ay cəza verildi. Ona görə də cəzasının başa çatmasını gözləyirik.

Bunu Oxu.Az-a türkiyəli MMA döyüşçüsü Batuhan Akduman deyib.

Oktyabrın 6-da Rusiya ermənisi olan Rafael Abrahamyan Samara şəhərində təşkil olan“Gorilla Fighting 18” turnirində Batuhan Akduman adı ilə təqdim olunan, lakin Türkmənistandan olduğu güman edilən döyüşçüyə qalib gəlib. Onun rəqibini ölümcül şəkildə boğaraq məğlub etməsi dünya mətbuatında sərt şəkildə tənqid olunub.

Bundan sonra əsl Batuhan Akduman mətbuata çıxaraq Abrahamyanla heç vaxt döyüşmədiyini bildirib və erməni idmançını döyüşə dəvət edib. Lakin dekabrın 15-nə planlaşdırılan döyüş baş tutmayıb. Batuhan bu barədə saytımıza açıqlama verib:

“Döyüş keçirmək istədiyimi bildirəndə mənimlə Rusiyada yaşayan Fərrux Hümbətov (və ya Qəmbərov) adlı məşqçi əlaqə saxladı. Onun Moskvada zalı var, orda azərbaycanlı idmançıları yetişdirir, həm də onların menecerliyini edir. Məhz bu döyüşü keçirmək üçün öz menecerliyini təklif etdi.

Amma bəzi məsələlərdə onunla anlaşa bilmədik. Daha sonra Rafaelə Rusiya MMA Federasiyasından rəqibinin ürəyi getdikdən sonra ona vurduğu üçün cəza tətbiq edilməsini istəyiblər və buna nail olublar. Amma mən də bir az şübhələnirəm ki, mənimlə döyüşməmək üçün belə edirlər.

Rafael əvvəl demişdi ki, Yerevanda döyüşək. Mən razı idim. Ancaq azərbaycanlı menecer siyasi səbəblərdən ora getmək istəmədi. Həmçinin, Londonda da görüşü keçirmək söhbəti vardı. Lakin bunun üçün güclü maliyyə tələb olunurdu. Daha sonra döyüşü Rusiyada keçirməyə razılaşdıq. Lakin ona cəza verildi. 

Bununla belə, Azərbaycana və Türkiyəyə demək istəyirəm ki, mən altı ay deyil, altı il sonra belə olsa da, o Rafaellə döyüşüb, ona lazım olanı edəcəyəm”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri