12 
Yan
2020
04:15
114
53
6091
Virtual karabakh

İspaniya futbol klubunun baş məşqçisi intim videoya görə işdən çıxarıldı

12 Yan, 2020
04:15
6091

İspaniya futbol klubunun baş məşqçisi intim videoya görə işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Viktor Sançes del Amo internetdə intim videosu yayıldığı üçün İspaniyanın “Malaqa” futbol klubunun baş məşqçisi vəzifəsindən çıxarılıb.

Bu barədə TASS komandanın mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, yanvarın 8-də klubun rəhbərliyi Sançesi məsələ ilə bağlı araşdırmalar aparılan müddətə işindən kənarlaşdırmışdı. O zaman Del Amo özünün “Twitter” səhifəsində bildirmişdi ki, video onun messencerindən oğurlanıb və o, təhdidin qurbanı olub.  

““Malaqa” klubu vəziyyəti dinc yolla həll etməyə çalışdı. Lakin qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmadı. Beləliklə, klub bu yaxınlarda baş vermiş hadisənin quruma ciddi ziyan vurduğunu nəzərə alıb və onun komandaya, eləcə də bütün təşkilata təsirini minimuma endirmək məqsədilə qərar verib”, - deyə məlumatda qeyd edilir.

Komandanın baş məşqçisi vəzifəsini icra etmək isə Del Amonun köməkçisi Serhio Pellikerə həvalə olunub.

43 yaşlı Del Amo “Malaqa”ya 2019-cu ilin aprelindən rəhbərlik edir. Daha əvvəllər isə mütəxəssis İspaniyanın “Real Betis” və “Deportivo”, Yunanıstanın “Olimpiakos” klubunu məşq etdirib. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri