12 
Yan
2020
16:50
315
57
10606
Virtual karabakh

İranın azərbaycanlı qadın taekvondoçusu ölkədən qaçdı: “Bu qərar Olimpiya qızılını qazanmaqdan daha çətindir”

12 Yan, 2020
16:50
10606

İranın azərbaycanlı qadın taekvondoçusu ölkədən qaçdı: “Bu qərar Olimpiya qızılını qazanmaqdan daha çətindir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rio-2016 Olimpiadasında taekvondo yarışlarında bürünc medal qazanmış İran təmsilçisi Kimiya Əlizadə siyasi səbəblərdən ölkəni tərk edib. 

Bu barədə idmançı özü “Instagram” hesabından paylaşım edib.  

O bildirib ki, hamının tanıdığı, məşhur Kimiya Əlizadə deyil, zülmə məruz qalan milyonlarla iranlı qadından biridir: 

“Dövlət adamları məni istədikləri kimi istismar edirdilər, hara dedilər ora gedirdim. Nə deyirdilər onu geyinirdim. Narahat ruhum sizin çirkli iqtisadi kanallarınıza və sıx siyasi lobbilərinizə sığmır. Taekvondo, təhlükəsizlik, xoşbəxt və sağlam bir həyatdan başqa bir istəyim yoxdur. 

Hörmətli İran xalqı, mən fəsad və yalançı pilləkənlərə qalxmaq istəmədim. 

Heç kim məni Avropaya dəvət etmədi və yaşıl bağda oturmamışam. Ancaq riyakarlıq, yalan, haqsızlıq və yaltaqlıq masasında oturmaq istəmədiyim üçün bu qədər əziyyətə qatlaşmalı oldum.  

Bu qərar Olimpiya qızılını qazanmaqdan daha çətindir, amma mən harada olsam da İranın övladı olaraq qalıram”. 

Qeyd edək ki, Kimya Əlizadə həm ata, həm ana baxımından azərbaycanlıdır. O, 2016-cı ildı Rio-de-Janeyroda keçirilən Olimpiadada mükafat qazanmış yeganə İran taekvondoçusu olub. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri