12 
Yan
2020
18:27
434
26
5348
Virtual karabakh

Güləş yığmamız Türkiyədə birinci yeri tutdu - FOTO

12 Yan, 2020
18:27
5348

Güləş yığmamız Türkiyədə birinci yeri tutdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə bu gün yekun vurulub.

Oxu.Az xəbər verir ki, sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (-62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Əvvəlki günlərdə Elis Manolova (-65 kq) qızıl, Türkan Nəsirova (-50 kq) və İrina Netreba (-68 kq) bürünc medala layiq görülmüşdü.

Bununla da bir qızıl, bir gümüş və üç bürünc medal qazanan qadın yığmamız 99 xalla komanda hesabında ikinci yeri tutub. Türkiyə birinci, Bolqarıstan isə üçüncü olub.

Sərbəst güləşdə son gündə Əbubəkr Abakarov (-79 kq), Aslanbəy Alborov (-92 kq), Camaləddin Məhəmmədov (-125 kq) qızıl, İntiqam Vəlizadə (-61 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq) və Şamil Zubairov (-92 kq) isə bürünc medala sahib olub. Daha əvvəlki gündə Əli Rəhimzadə (-65 kq) qızıl, Əfqan Xaşalov (-57 kq), Turan Bayramov (-65 kq), Ağahüseyn Mustafayev (-70 kq) və Osman Nurməhəmmədov (-86 kq) bürünc medal qazanmışdı. Tanınmış idmançılarımız Cəbrayıl Həsənovla Toğrul Əsgərov isə medalsız qalıblar.

Beləliklə, ümumilikdə dörd qızıl, bir gümüş və altı bürünc medal əldə edən millimiz komanda hesabında 180 xalla birinci yeri tutub. Meydan sahibi Türkiyə ikinci, Gürcüstan isə üçüncü olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri