13 
Yan
2020
13:41
141
11
2807
Virtual karabakh

Azərbaycanın qadın millisi Avropa çempionatına vəsiqə qazandı

13 Yan, 2020
13:41
2807

Azərbaycanın qadın millisi Avropa çempionatına vəsiqə qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, qadın komandamız son Avropa çempionatının nəticəsinə əsasən seçmə mərhələdən azad olub və qitə birinciliyində növbəti dəfə iştirak etmək hüququna yiyələnib:

Kişilər

Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri)

Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya, Belçika

Qadınlar

Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya (ev sahibləri)

Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya, Belçika, Azərbaycan.

Qeyd edək ki, final mərhələsində ümumilikdə 24 komanda mübarizə aparacaq. Digər 12 yığma seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə qazanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri