13 
Yan
2020
14:37
96
30
2178
Virtual karabakh

Futbol millimizin hücumçusu Almaniyadan imtina edib ABŞ-a gedir

Futbol millimizin üzvü Rüfət Dadaşov Almaniya Bundesliqasından gələn təklifi rədd edib.

Oxu.Az Almaniyanın “Revier Sport” saytına istinadən xəbər verir ki, o, Bundesliqada son sırada yer alan “Paderborn”da oynamaq istəməyib.

Bu klub hazırda sonuncu yerdədir və elitada qalmaq üçün mübarizə aparır. Rüfət Dadaşov isə daha yaxşı maliyyə təklif edən ABŞ-ın I divizion klubu “Foeniks Rayzinq” klubuna keçməyə üstünlük verib.  

Qeyd edək ki, Rüfət Dadaşov 2018-ci ilin aprelin 5-də Almaniya II divizionunda mübarizə aparan “Proyssen”lə iki illik müqavilə bağlayıb. 28 yaşlı hücumçu ötən mövsüm 32 oyuna səkkiz qol vurub.

Dadaşov cari mövsümdə çıxdığı 20 oyunda isə altı dəfə rəqib qapılarına yol tapıb. Onun hazırkı komandası Almaniya çempionatında sondan ikinci yerdədir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri