13 
Yan
2020
15:37
25
162
8825
Virtual karabakh

Azərbaycan güləşçilərinin də yarışdığı turnirdə kütləvi dava - VİDEO

13 Yan, 2020
15:37
8825

Azərbaycan güləşçilərinin də yarışdığı turnirdə kütləvi dava - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş yarışında idmançı və məşqçilər heyətinin iştirakı ilə kütləvi dava olub.

“Eurosport” məlumat verir ki, hadisə 79 kiloqram çəki dərəcəsində çıxış edən Ukrayna təmsilçisi Həsən Zəkəriyevlə gürcüstanlı güləşçi Zurab Erbotsanaşvili arasında baş verən görüş vaxtı olub.

Güləşçilər arasında başlayan idman etikasından kənar hərəkətlərə hər iki tərəfdən məşqçilər heyəti və digər şəxslər qatılıb.

Görüş yarımçıq saxlanılıb və hər iki idmançı yarışlardan kənarlaşdırılıb.

Qeyd edək ki, bu yarışda Azərbaycan güləşçiləri də iştirak edib. Sərbəst güləş millimiz bu yarışda 10 medal (dörd qızıl, bir gümüş və altı bürünc) qazanmaqla birinci olub. Sözügedən çəkidə millimizin dağıstanlı güləşçisi Əbubəkr Abakarov qızıl medal qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri