13 
Yan
2020
17:45
22
91
5118
Virtual karabakh

Komanda üzərində “kirayə” yazılan forma ilə meydana çıxdı

13 Yan, 2020
17:45
5118

Komanda üzərində “kirayə” yazılan forma ilə meydana çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin II divizionunda mübarizə aparan “Sakaryaspor” “Ergene Vəlimeşəspor”la qarşılaşmaya üzərində “kirayə” yazılmış forma ilə çıxıb.

“Haberglobal”ın məlumatına görə, “yaşıl-qaralı”lar formanın ön hissəsinə sponsor tapa bilmədiyi üçün bu addıma əl atıb.

“İkinci dövrənin ilk oyununda bu cür ironiyaya əl ataraq forma reklamı üçün rəqabət yaratmaq istədik. Amma reaksiyalardan aydın olur ki, yanlış düşünmüşük”, – klub prezidenti Cümhur Gənç bildirib.

Xatırladaq ki, “Sakaryaspor” səfər qarşılaşmasında rəqibi “Valimeşespora” 0:5 hesabı ilə məğlub olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri