14 
Yan
2020
00:22
137
19
6857
Virtual karabakh

Dünyanın üçüncü varlı şəxsi “Milan”ın sahibi olacaq

İtaliyanın “Milan” klubunun yeni sahibi olacaq. Klubun satışı ilə dünyanın üç ən varlı şəxsindən biri – Bernar Arno maraqlanır.

Məlumat üçün bildirək ki, 2017-ci ilin yazında Silvio Berluskoni klubu Çin şirkətinə satmışdı. Lakin az sonra klub ABŞ-ın investisiya fondu olan “Elliot”a keçdi. İndi isə klub LVMH-nin rəhbəri Bernar Arnonun şəxsi mülkiyyəti olacaq. Biznesmen “Louis Vuitton”, “Moet & Chandon”, “Dom Perignon”, “Hennessy” və “Dior” şirkətlərinin sahibidir. Onun varidatı 85 milyard dollar qiymətləndirilir. O, dünyanın üçüncü varlı şəxsidir. 

Bu barədə jurnalist Luka Sarafini öz tvitində qeyd edib. O, “Milan”ın əvvəlki rəhbərləri haqqında da ilk yazan şəxs olub.

Mənbə məbləği açıqlamasa da, deyilənə görə, Bernar kluba təxminən bir milyard avro yatırım edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri