15 
Yan
2020
01:52
91
19
2883
Virtual karabakh

Keçmiş “Qarabağ”lı İtaliyada debütə hazırlaşır

15 Yan, 2020
01:52
2883

Keçmiş “Qarabağ”lı İtaliyada debütə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milan” klubu ciddi itkiylə üzləşib.  

Oxu.Az xəbər verir ki, “qırmızı-qaralar”ın qapıçısı Canluici Donnarumma sıradan çıxıb.  

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı qapıçı zədə səbəbindən komandanın son məşqində iştirak etməyib. İtaliyalı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək. 

Donnarumma “Milan”ın İtaliya kubokunun 1/8 finalında SPAL-la qarşılaşacağı oyunda iştirak etməyəcək. “Qırmızı-qaralar”ın baş məşqçisi Stefano Piolinin kubok matçında yeni transfer Asmir Beqoviçə şans verəcəyi gözlənilir. 

Sabah keçiriləcək “Milan” – SPAL matçı saat 21:00-da start götürəcək. 

“Milan” mövsümün ilk dövrəsini icarə əsasında “Qarabağ”da keçirən, müqavilə ilə “Bornmut”a məxsus olan Asmir Beqoviçi mövsümün sonunadək icarəyə götürüb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri