15 
Yan
2020
11:32
21
112
2717
Virtual karabakh

“Formula-1”in dörd il ərzində Azərbaycana qazandırdığı gəlir açıqlandı

15 Yan, 2020
11:32
2717

“Formula-1”in dörd il ərzində Azərbaycana qazandırdığı gəlir açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib.

Oxu.Az xəbər verir ki, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda 2016-2019-cu illər ərzində keçirilən “Formula-1” yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə faydalı olub.

Belə ki, bu dörd yarışdan sonra Azərbaycan 506,3 milyon dollar gəlir götürüb. Bunlardan 300,6 milyon dollar birbaşa (turizm, hotel, nəqliyyat, bilet satışı və s.), 205,7 milyon dollar dolayı yolla (restoranların qazancı) qazanılmış gəlirdir.

2019-cu ildə KİV-də Azərbaycan Qran-Prisi ümumilikdə 90,2 milyon televiziya tamaşaçısı tərəfindən izlənilib. Bu isə 2018-ci illə müqayisədə, 10 faiz artım deməkdir. Belə ki, 2018-ci ildə bu göstərici 82,3 milyon olub. 

Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində bu yarışa görə Bakıda 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri