15 
Yan
2020
14:16
13
86
2855
Virtual karabakh

Azərbaycanlı futbolçular Türkiyədə oynanılmaq adı ilə aldadılır - SAXTA SƏNƏDLƏR

Azərbaycanlı futbolçular saxta menecerlər tərəfindən aldadılıb.

Oxu.Az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Agent Harper” adlı menecer şirkəti “Instagram” vasitəsilə futbolçuların özləri ilə əlaqə saxlayaraq, onlara Türkiyədə oynaması vədi verirlər.

Həmin fırıldaqçılar FIFA lisenziyasına malik olmalarına dair saxta sənəd təqdim edirlər və bununla da özlərində inam formalaşdırırlar. Şirkətin ABŞ-da yerləşdiyi, menecerin adının isə Yensen Onil Antoni olduğu bildirilir.

Bu, Azərbaycandan başqa, daha çox Özbəkistan, Tacikistan kimi Mərkəzi Asiya ölkələrindən olan futbolçuların başlarına gətirilir. Çünki bu ölkələrdə Türkiyədə futbol oynamaq istəyi daha çoxdur. Əldə olunan son saxta sənəddə Türkiyə Super Liqası klubu “Başakşəhər”in prezidenti Göksəl Gümüşdağın adından məktub da görünür. Həmin saxta məktubda guya klub prezidentinin bu şirkətə güvəndiyi və onlardan komandaya futbolçu gətirmək istəyi ifadə olunur.

Futbolçu və ya onun ailəsi buna inandıqdan sonra klubla müqavilənin azı 70 min avro dəyərində olduğu bildirilir. İlkin olaraq isə futbolçu və ya ailəsindən ən az 750 avro ödəmək tələb olunur. Bu tələyə düşənlər isə həmin pulla fırıldaqçıların ciblərini doldurur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri