16 
Yan
2020
10:03
66
18
2269
Virtual karabakh

Milli Paralimpiya Komitəsində I vitse-prezident işdən azad olundu

16 Yan, 2020
10:03
2269

Milli Paralimpiya Komitəsində I vitse-prezident işdən azad olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Paralimpiya Komitəsində (MPK) bundan sonra I vitse-prezident vəzifəsi olmayacaq.

Oxu.Az-ın xəbərinə görə, MPK-da 7 dekabr 2012-ci ildən vitse-prezident, daha sonra 8 fevral 2013-cü ildən I vitse-prezident vəzifələrində çalışan Natiq Qasımov işdən azad edilib.

MPK martın 17-də 63 yaşını qeyd edəcək Natiq Qasımovla yolları qarşılıqlı razılıq əsasında ayırıb. Bu gün saat 12:00-da komitə rəhbərliyi Qasımovla görüşərək, ona uğurlar arzulayacaq.

Qeyd edək ki, MPK bu siyasəti ölkə başçısı İlham Əliyevin gəncləşdirmə siyasətinə uyğun olaraq atıb. Qurum gələcəkdə də bu siyasətə uyğun olaraq addımlar atmağı planlaşdırır.

39 yaşlı İlham Zəkiyev və 42 yaşlı Yaşar Hacıyev vitse-prezident, o cümlədən, 41 yaşlı Kamal Məmmədov baş katib vəzifələrində işlərini davam etdirəcək. I vitse-prezident vəzifəsi isə ləğv olunacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri