16 
Yan
2020
11:13
25
50
2162
Virtual karabakh

Polşa komandasının baş məşqçisi: “Neftçi”yə təkcə dörd qol vurduğumuz üçün şad deyilik

16 Yan, 2020
11:13
2162

Polşa komandasının baş məşqçisi: “Neftçi”yə təkcə dörd qol vurduğumuz üçün şad deyilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qələbə ilə başlamaq yaxşıdır. Xüsusən də belə payız turundan sonra buna nail olduğumuz üçün hamı xoşbəxtdir.

Oxu.Az xəbər verir ki, bunu LKS-in baş məşqçisi Kajimyeş Moskal deyib.

Antalyada təlim-məşq toplanışında olan Polşa çempionatında sonuncu yerdə gedən Vuç təmsilçisi yoxlama görüşündə “Neftçi” üzərində 4:0 hesablı qələbə qazanıb.

Matçı dəyərləndirən 53 yaşlı mütəxəssis komandasından razılıq bildirib: 

“Təkcə dörd qol vurduğumuz üçün yox, qapımızda top buraxmadığımız üçün də şadıq. Düşünürəm ki, fasilə bizə çox kömək oldu. Komandaya yeni nəfəs gəldi.

Bu görüşü dəyərləndirmək mənim üçün çətindir. İlk hissədə rəqibimiz üstün idi. Biz isə hücumda effektli oynadıq. Fasilədən sonra oyunun şəkli dəyişdi və meydanda dominantlıq etdik”.

Qeyd edək ki, LKS “Neftçi”yə hər hissədə iki qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri