16 
Yan
2020
16:50
85
19
1772
Virtual karabakh

Yunan-Roma güləş yığmamız ilin ilk turniri üçün Fransaya gedəcək - HEYƏT

Yanvarın 18-19-da Fransanın Nis şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri keçiriləcək.

Oxu.Az xəbər verir ki, 46-cı dəfə keçiriləcək ənənəvi yarışın proqramına əsasən, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. 

Qran-Pridə ölkəmizi yunan-Roma güləşi üzrə yığmamız təmsil edəcək. Yanvarın 2-dən Rusiyanın Saransk şəhərində təlim-məşq toplanışı keçən millimiz sabah Rusiyadan Fransaya yollanacaq.

Fransada baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov (-60 kq), Taleh Məmmədov (-63 kq), İslambəy Dadov (-67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi -72 kq), Həsən Əliyev (-77 kq), Rafiq Hüseynov (-82 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev (-97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi -130 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq. Bu yarışda 22 ölkədən 250 güləşçi mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri