17 
Yan
2020
19:46
217
46
9878
Virtual karabakh

Braziliyalı Ronaldo türk ulduzu təriflədi: “Ondan daha çox qol gözləyirəm”

17 Yan, 2020
19:46
9878

Braziliyalı Ronaldo türk ulduzu təriflədi: “Ondan daha çox qol gözləyirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Valyadolid” komandasında son həftələrdəki uğurlu çıxışı ilə diqqət çəkən türk futbolçu Enes Ünala klub prezidenti, dünya futbolunun canlı əfsanəsi, braziliyalı Ronaldo Nazariodan tərif gəlib.

“Anadolu” agentliyinin Enes Ünalla hazırladığı reportaja sürpriz şəkildə qonaq olan Ronaldo son iki qarşılaşmada dörd dəfə fərqlənən futbolçuya “qollara davam” deyərək səslənib.

“Enes yaxşıdır, çox yaxşıdır” deyən Ronaldo türk futbolçudan “daha çox qol” gözlədiyini vurğulayıb.

Klub prezidenti ilə bağlı danışan Enes Ünal isə “həqiqətən çox istiqanlı, çox yaxşı biridir və eyni zamanda yaxşı rəhbərdir” fikrini səsləndirib.

“Bütün oyunlara gəlməyə çalışır. Bizimlə əlaqə saxlayır və bu da bir futbolçu üçün həqiqətən inanılmaz bir şeydir. Həm prezidentimizin bu qədər istiqanlı olması, həm də bu cür böyük bir karyeraya sahib olduğu halda bizə qarşı səmimi olması həqiqətən çox gözəldir”, - Ünal bildirib.

Futbolçu “Ronaldo əfsanəvi futbolçu idi. Bəzən meydanda bizə bir neçə fənd öyrət dediyiniz olubmu?” sualına isə gülərək “O qədər də səmimi deyilik” cavabını verib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri