18 
Yan
2020
19:52
15
389
5249
Virtual karabakh

AFFA İcraiyyə Komitəsinə namizədlərin adları açıqlandı

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək. 

Qurumun rəsmi saytı xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.  

Bu gün qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq: 

  

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer 

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən 

2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən 

3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən 

  

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer 

1. Zaur Axundov – “Keşlə” FK tərəfindən 

2. Rauf Əliyev – “Səbail” FK tərəfindən 

3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən 

4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən 

5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən 

  

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer 

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən 

2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən 

  

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer 

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən 

2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri