19 
Yan
2020
13:20
387
56
13911
Virtual karabakh

UFC rəhbəri anons etdi: Konorun növbəti rəqibi Həbib olacaq

19 Yan, 2020
13:20
13911

UFC rəhbəri anons etdi: Konorun növbəti rəqibi Həbib olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC-nin rəhbəri Deyna Uayt əmindir ki, Konor Makqreqorun növbəti rəqibi rusiyalı Həbib Nurməhəmmədov olmalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə o, UFC 246 turnirindən sonra keçirilən mətbuat konfransında danışıb.

Uayt çıxışında Makqreqor – Nurməhəmmədov cütlüyünün qarşılaşmasını Məhəmməd Əli və Corc Forman arasındakı rəqabətlə müqayisə edib. O deyib ki, bu, təşkil etməyə dəyəcək bir döyüş olacaq.

Qeyd edək ki, Deyna Uayt bundan əvvəl də Konorla Həbib arasında revanş döyüşün təşkilini istisna etməmişdi. O bunun üçün Konorun qarşısında “Kovboy”u məğlub etmək şərti qoymuşdu.

Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında ilk döyüş 2018-ci ilin oktyabrında baş tutub. Həmin vaxt Həbib rəqibinə qalib gələrək, UFC-nin yüngül çəkidə çempionu adını qorumuşdu.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri