19 
Yan
2020
22:51
251
66
10633
Virtual karabakh

“Liverpul” yenilməzdir - YENİLƏNİB

19 Yan, 2020
22:51
10633

“Liverpul” yenilməzdir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilib. 

Oxu.Az xəbər verir ki, bu gün lider “Liverpul” “Mançester Yunayted”i qəbul edib.  

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0. 

Mersisaydlıların heyətində Van Deyk və Salah fərqləniblər.  

Bu qələbədən sonra xalını 64-ə çatdıran Yurgen Kloppun komandası zirvədəki yerini bir qədər də möhkəmləndirib.  

“Mançester Yunayted” isə 34 xalla 5-cidir. 

 

17:57

“Liverpul” - “Mançester Yunayted” görüşü bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Oxu.Az xəbər verir ki, ötən ilin mart ayından İngiltərə çempionatında “Liverpul”dan xal almağı bacaran yeganə komanda “Mançester Yunayted” olub.

Bu mövsum “Liverpul” 21 oyunda 20 dəfə qələbə qazanıb. Cəmi 1 oyunda xal itkisi olub. O da əzəli rəqibi “Mançester Yunayted”lə qarşılaşmaya təsadüf edib.  

“Qırmızı şeytanlar” “Liverpul”un öz meydanında sonuncu dəfə 2016-cı ildə qələbə qazanıb. O zaman yeganə qolu Ueyn Runi vurub. 

Bu gün ev sahiblərinə Deyan Lovren, Ceyms Milner və Nabi Keyta kömək edə bilməyəcəklər. Qonaqların itkisi isə çox ciddi sayılır. Belə ki, komandanın vuran ayağı Markus Raşford zədə səbəbindən oyuna çıxmayacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri