21 
Yan
2020
20:45
69
70
3922
Virtual karabakh

Avropa Oyunlarının qalibi ilin ilk ciddi turnirinə aparılmır - HEYƏT

21 Yan, 2020
20:45
3922

Avropa Oyunlarının qalibi ilin ilk ciddi turnirinə aparılmır - HEYƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karate millimiz ilin ilk Premyer Liqa turnirində mübarizə aparacaq.

Oxu.Az-ın xəbərinə görə, Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa turniri üçün 25 nəfərlik heyət Azərbaycandan yola düşəcək. Bunlar federasiya prezidenti, məşqçilər, inzibati işçilər, idmançılar və hakimlərdir. Parisdə karateçilərimizin sayı 14 nəfər olacaq. Sabah günorta saatlarında komanda Parisdə olacaq.

Kumite millimiz kişilərdə yeddi, qadınlarda üç nəfər olmaqla 10 nəfərlə təmsil olunacaq. 84 kq çəki dərəcəsində birdən-birə üç idmançımız mübarizə aparacaq. Əvəzində +84 kq çəki dərəcəsində idmançımız olmayacaq. Nə II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı və nə də Şahin Atamov Parisdəki yarışda mübarizə aparacaq.

Qadınlarda isə I Avropa Oyunlarının bürünc mükafatçısı İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva (-61 kq) milli ilə birgə olmayacaq.

Kişilər: Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayev (hər üçü -84 kq);

Qadınlar: Nuranə Əliyeva (-50 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq).

Həmçinin kata millimizin aparıcı üzvü Roman Heydərov fərdi şəkildə medal qazanmaq üçün mübarizə aparacaq. Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata millimiz isə komanda yarışlarında gücünü sınayacaq.

Bundan başqa, Cahangir Babayev və Vüqar Kərimov hakim qismində tatamidə öz məharətini göstərməyə çalışacaq.

Qeyd edək ki, Karate1 Premyer Liqa turniri 24-26 yanvar tarixlərində keçiriləcək və Tokio Olimpiadası üçün reytinq xalları verir.

Səbuhi Musayev

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri