24 
Yan
2020
00:35
77
14
3313
Virtual karabakh

Karateçilərimiz Fransada rəqiblərini tanıdılar

Bu gün Fransanın paytaxtı Parisdə Karate1 Premyer Liqa yarışı start götürəcək. Komandamız bu yarışda 16 idmançı ilə mübarizə aparacaq.

Oxu.Az-ın xəbərinə görə, komandamız bu göstəricidə karatenin vətəni sayılan Yaponiya və Niderlandla eyni sayda təmsil olunacaq.

Tokio Olimpiadasına lisenziya xalı qazandıran bu yarışa maraq çox böyükdür. İtaliya (45), İspaniya (31), Fransa (30), Qazaxıstan, Rusiya (hər ikisi 23), Ukrayna (22), Misir, İran, Slovakiya (hər üçü 19) və Türkiyə (18) bu yarışa geniş heyətlə gəlib. Artıq komandaların püşkü atılıb.

Dünya çempionlarımız İrina Zaretskaya ilə Rafael Ağayev güclülərin yer aldığı səpələnmişlər səbətində yer aldığından, ilk görüşü buraxacaq. Cütlüklər bu formadadır:

Qadınlar (kumite)

-50 kq. Nuranə Əliyeva – Mariya Koulinkoviç (Belarus) 

-55 kq. İlahə Qasımova – İrina Şarıxina (Belarus) 

-68 kq. İrina Zaretskaya – Andrine Hilton (Norveç)/Rebeka Sulivan (Avstraliya) cütünün qalibi

+68 kq. Fəridə Əliyeva – Tzu-Hsuan Ven (Tayvan)

Kişilər (kumite)

-60 kq. Firdovsi Fərzəliyev – Kapenda Ulienqe Eudeş Junesiu (Burkina Faso)

-67 kq. Rafiz Həsənov – Əmir Mehdizadə (İran), Tural Ağalarzadə – Jordan Neveş (Lüksemburq)

-75 kq. Rafael Ağayev – Sam Plompen (Belçika)/Qleb Saçkovski (Belarus) cütünün qalibi

-84 kq. Pənah Abdullayev – Uroş Miyalkoviç (Serbiya), Turqut Həsənov – Nunu Mureyra (Portuqaliya), Ayxan Mamayev – Məhəmməd Əl-Kotbi (Misir)

+84 kq. Şahin Atamov – Tomaş Herman (Çexiya)

Kata komandamızda isə Roman Heydərov fərdi şəkildə Meyson Stouvel (ABŞ), Ektor Sensyon (Panama), Ofentse Bakvadi (Botsvana), Mehman Rzayev (Rusiya), Mattia Buzato, Canluka Qallo (hər ikisi İtaliya), Sayid Salman Əl-Musəvi (Küveyt), Məhəmməd Əl-Hanni (Mərakeş), Enzo Montarello (Fransa) və Damyan Uqo Kintero Kapdevilya (İspaniya) ilə mübarizə aparacaq.

Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata millimiz isə İspaniya, İtaliya, Portuqaliya, Fransa, Misir və Küveyt komandaları ilə bir qrupda yarışacaq.

Qeyd edək ki, yarışlara yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 12:00-da) start veriləcək. Azərbaycan idmançılarının yarışı saat 10:45-dən etibarən start götürəcək. İlk olaraq tatamiyə kişi kata millimiz çıxacaq. Sabah həmçinin kişilərdə 60, 67, 75, qadınlarda isə 50 və 55 kq çəki dərəcələrində idmançılarımız yarışacaq. 

Xatırladaq ki, final və üçüncülük uğrunda yarışlar yarışın son günü – yanvarın 26-də keçiriləcək. Yarış bitdikdən sonra Rafael Ağayev və İrina Zaretskayaya öz çəki dərəcələrində ilin ən yaxşı karateçisi mükafatı veriləcək. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri