25 
Yan
2020
20:20
174
29
7221
Virtual karabakh

Karateçimizə əri tərəfindən sürpriz - FOTO

25 Yan, 2020
20:20
7221

Karateçimizə əri tərəfindən sürpriz - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa yarışında karateçimiz İrina Zaretskaya finala çıxıb.

Oxu.Az-ın xəbərinə görə, ukraynalı legionerimiz norveçli, serbiyalı, çinli və yaponiyalı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Onun sabah finaldakı rəqibi misirli Feryal Abdeləziz olacaq.

Yeri gəlmişkən, onun əri Aleksandr İrinaya sürpriz edib. Zaretskaya Yaponiya telekanallarından birinə müsahibə verdiyi vaxt əri peyda olub. Bu, İrinanın kövrəlməsinə səbəb olub. İrina “Səni gözləmirdim. Sən Ukraynada olacağını demişdin. Bu nə sürprizdir etdin mənə?” deyərək doluxsunub.

Qeyd edək ki, sabah karateçilərimizdən Rafiz Həsənov da bürünc medal yarışına çıxacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri