26 
Yan
2020
01:39
20
208
7531
Virtual karabakh

25 yaşlı futbolçu matçdan əvvəl düşən davada öldü

26 Yan, 2020
01:39
7531

25 yaşlı futbolçu matçdan əvvəl düşən davada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın “Metlok Taun” klubunun yarımmüdafiəçisi Cordan Sinnot matç ərəfəsində düşən dava zamanı aldığı travmalar nəticəsində vəfat edib.

Bu barədə “The Sun” məlumat yayıb.

25 yaşlı Sinnotu satış cərgələrinin arasında huşsuz vəziyyətdə tapıblar. Buna səbəb barda başlayan, polisin məlumatına görə, səkkiz kişinin və bir qadının iştirak etdiyi dava olub.

Sinnotu kəllə sümüyünün sınığı şübhəsi ilə xəstəxanaya çatdırsalar da, orada onun həyatını xilas etmək mümkün olmayıb.

Futbolçu “Metlok Taun”da arenda əsasında çıxış edirmiş. Klub İngiltərənin gücünə görə səkkizinci divizion çempionatında çıxış edir.

Futbolçunun ölüm xəbərindən sonra komandanın oyunu təxirə salınıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri