26 
Yan
2020
20:24
199
22
4916
Virtual karabakh

Qızıl medal qazanan Azərbaycan karateçisi: Gəlin, tələsməyək

26 Yan, 2020
20:24
4916

Qızıl medal qazanan Azərbaycan karateçisi: Gəlin, tələsməyək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şadam ki, yeni ilə yaxşı başlamışam. Çilidə bu ay gümüş medal qazandım. Həmin finaldakı səhvlərim üzərində işlədim. Düzdür, bu dəfə də final düşündüyüm formada getmədi. Amma Fransadan qızıl medalla qayıtmağı bacardım. Arenadan verilən dəstək də mənə çox kömək oldu.

Bunu Oxu.Az-a açıqlamasında Parisdəki Premyer Liqa yarışında qızıl medal qazanan Azərbaycan karateçisi İrina Zaretskaya deyib. O bildirib ki, finalda 3:0 məğlub etdiyi Feryal Abdelazizi yaxşı tanıyır:

“Ötən il misirli rəqibimə Dubayda finalda uduzmuşdum. Amma bu il onu həm Çilidə, həm də Fransada məğlub etdim. Biz bir-birimizi yaxşı tanıyırıq”.

Həmçinin o, Olimpiadaya vəsiqə qazanmağı ilə bağlı verdiyimiz suala bu cür cavab verdi:

“Hələ demək olmaz ki, mən Olimpiadaya vəsiqə qazanmışam. Düzdür, reytinqdə birinci yerdəki yerimi bir qədər də möhkəmlətdim. Amma qarşıda hələ yarışlar var. Ona görə də gəlin, tələsməyək”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri