27 
Yan
2020
04:46
46
84
5439
Virtual karabakh

Ronaldunun qolu “Yuventusu” məğlubiyyətdən xilas edə bilmədi

27 Yan, 2020
04:46
5439

Ronaldunun qolu “Yuventusu” məğlubiyyətdən xilas edə bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya çempionatının 21-ci turu çərçivəsində “Napoli” öz meydanında “Yuventusu” qəbul edib.

“Sports.ru” xəbər verir ki, neapollular gözlənilmədən qələbəyə imza atıblar.

Görüşün ilk yarısı qolsuz keçib.

Oyunun ikinci hissəsində Petr Zyelinski “Napoli”-ni hesabda irəli çıxardıb.

86-cı dəqiqədə Lorenzo İnsinye aradakı fərqi ikiyə qaldırıb.

90-ci dəqiqədə Kriştianu Ronaldu hesabı 1:2 etsə də, bu qol komandasını məğlubiyyətdən qurtara bilməyib.

 

 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri