28 
Yan
2020
10:11
175
25
5844
Virtual karabakh

Ronaldodan sevgilisinə ad günündə eşq etirafı - FOTO

28 Yan, 2020
10:11
5844

Ronaldodan sevgilisinə ad günündə eşq etirafı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” komandasının hücumçusu, dünya şöhrətli 34 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldu sevgilisi Corcina Rodrigezi ad günü münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, cütlük “Instagram” hesablarında ad günü gecəsindən görüntüləri paylaşıblar.

Ronaldo Corcina və uşaqlarının əhatəsində olan fotoya “Sevgilim, səni təbrik edirəm! Gözəl gün keçirin! Sən gözəl bir qadınsan və övladlarımız üçün əla anasan. Mən səni çox sevirəm, əzizim!” şərhini yazaraq sevgilisini təbrik edib.

“26 il - mənim üçün şanslı bir rəqəmdir. Daha çoxunu arzulamaq mümkün deyil. Sadəcə, ailəmin bütün üzvlərinə cansağlığı diləyirəm və birlikdə olduğumuzdan ləzzət almaq istəyirəm.

Təbriklərinizə, çiçəklərinizə və sevginizə görə hamınıza təşəkkür edirəm. Gözəl uşaqları mənə hədiyyə etdiyinə görə sevgilimə dərin təşəkkürümü bildirirəm”, - deyə Corcina sosial şəbəkə hesabında yazıb.

K.Ronaldo və C.Rodrigez üç ildən çoxdur ki, birlikdədirlər. İki il əvvəl portuqaliyalı futbolçunun dördüncü övladı qızı - Alana dünyaya gəlib. Mətbuatda zaman-zaman cütlüyün nişanları haqqında şayiələr yayılsa da, “Yuventus”un oyunçusunun yaxınları bu xəbəri təkzib edir.

Futbolçunun özündən evlilik barədə soruşduqda isə o, bunun planlarının bir hissəsi olduğunu açıqlayıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri