28 
Yan
2020
22:02
20
158
5383
Virtual karabakh

Azərbaycanda oynayan futbolçunun nömrəsindən istifadə edib, borc istədilər

28 Yan, 2020
22:02
5383

Azərbaycanda oynayan futbolçunun nömrəsindən istifadə edib, borc istədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səbail”in yeni transferi Hendrik Ekşteyn Azərbaycanda xoşagəlməz hadisə ilə üzləşib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dələduzlar afrikalı yarımmüdafiəçinin telefon nömrələrinin dublikatını çıxarıblar.  

Onlar Ekşteynin dostlarına, ailəsinə çoxlu miqdarda borc almaq məqsədi ilə mesaj göndəriblər. Ancaq onların bu planı baş tutmayıb. 

Belə ki, futbolçunun dostlarından biri Hendrikin fırıldaqçıların qurbanı olduğunu başa düşüb. 

“O, bu işin arxasında kimin olduğunu bilmir. Amma dostu sayəsində problem tez həll olundu. Dostlarının biri ondan pul istədikdən sonra feysbukda Ekşteynə yazıb. Bundan sonra o, nə olduğunu anlayıb”, - deyə 28 yaşlı futbolçunun dostu bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri