10 
Fev
2020
17:32
704
19
6042
Virtual karabakh

Azərbaycanın üç güləşçisi Avropa çempionatında erməni rəqiblərini məğlub etdi - YENİLƏNİB

10 Fev, 2020
17:32
6042

Azərbaycanın üç güləşçisi Avropa çempionatında erməni rəqiblərini məğlub etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Ermənistan təmsilçisi Aik Mnatsakanyandan üstün olub.

O, erməni güləşçi üzərində 3:0 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəlib. Bu mərhələdə Sabah Şəriəti rumıniyalı Alin Aleksuk Kiurariu ilə qarşılaşıb. Güləşçimiz bu mərhələdə məğlub olub - 2:3.

Digər təmsilçimiz, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli 1/4 final mərhələsində Ermənistan təmsilçisi Rudik Mkrtaçyanla görüşüb. 

Görüş idmançımızın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb və E.Əzizli adını 1/2 finala yazdırıb. 

Yarımfinal görüşündə güləşçimizin rəqibi Bolqarıstanı təmsil edən erməni əsilli Edmond Armen Nazaryan olacaq.

Təsnifat mərhələsində erməni idmançını məğlub edən, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov 1/8 finalda italiyalı Matteo Maffezzolidən üstün olub. Rəqibi üzərində 7:0 hesablı qələbə təmsilçimizi 1/4 finala yüksəldib.

Avropa çempionatında keçirdiyi ilk oyunda qələbə qazanan İslam Abbasov 1/8 final mərhələsini də qalibiyyətlə başa vurub. Bu mərhələdə güləşçimiz polşalı Arkadiuş Kuliniçdən üstün olub - 3:1. 

1/4 mərhələdə təmsilçimizin rəqibi Bolqarıstan təmsilçisi Tarek Mohammed Abdelsalam olacaq. 

15:42

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.

Bununla bağlı Güləş Federasiyasının saytında məlumat yayılıb.

Bildirilib ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.

Təsnifat mərhələsində erməniəsilli idmançını 6:3 hesabı ilə məğlub edən Süleymanov 1/8 finala yüksəlib. 

Qeyd edək ki, digər yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk qarşılaşmasında Kiril Maskeviçə (Belarus) qalib gəlib. Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) də mübarizəyə başlayacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri