12 
Fev
2020
11:08
16
320
1646
Virtual karabakh

Azad Rəhimov: “Bu yarışlardan əsas qazancımız könüllülər ordusudur”

12 Fev, 2020
11:08
1646

Azad Rəhimov: “Bu yarışlardan əsas qazancımız könüllülər ordusudur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər il üç milyon insan idman yarışları ilə bağlı Azərbaycana gəlir. Təbii ki, bunda “Formula 1” yarışının çox böyük rolu var”. 

Oxu.Az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib. 

“Biz get-gedə Bakıda olan yarışlarda yerli mütəxəssislərin əməyindən yararlanırıq. Məsələn, ötən il keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında azərbaycanlı mütəxəssislər iştirak edib. 

Minskdəki II Avropa Oyunlarında və Aşqabadda keçirilmiş Asiya Oyunlarında azərbaycanlı mütəxəssislər də öz köməklərini göstərib. Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinin qalibi olduqdan sonra bizdə tədricən böyük yarışları keçirmək təcrübəsi formalaşıb. 

Məsələn, I Avropa Oyunlarında 17 min könüllünün xidmətindən yararlanmışıq. Bizim bu yarışlardan əsas qazancımız könüllülər ordusu və qazandığımız təcrübədir. Bu il Bakıda iki böyük turnir keçiriləcək. Bunlar “Formula 1” üzrə yarış və futbol üzrə Avropa çempionatıdır.

Bundan başqa, Bakıda gimnastika üzrə bir neçə yarış, karate üzrə Tokio Olimpiadasına lisenziya verən Avropa çempionatı və cüdo üzrə ənənəvi “Böyük Dəbilqə” turniri də Bakıda keçiriləcək”. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri