12 
Fev
2020
11:16
22
234
1956
Virtual karabakh

Çeyz Keri: “Bakı “Formula-1” üçün əlverişli məkandır”

12 Fev, 2020
11:16
1956

Çeyz Keri: “Bakı “Formula-1” üçün əlverişli məkandır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz “Formula-1” yarışlarını səbəbsiz yerə hansısa ölkəyə vermirik. Həmin ölkələrin şəhərlərindən gözləntilərimiz çoxdur. Bakı da belə şəhərlərdəndir. Bu şəhərin ab-havası möhtəşəmdir”. 

Oxu.Az xəbər verir ki, bunu “Formula-1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Keri “İdman yarışları və Bakının infrastrukturuna dair ölkənin gələcəyə baxışı” mövzusunda bu gün keçirilən konfransda deyib.

Ç.Keri Azərbaycanda keçirilən “Formula-1” yarışı barədə danışıb: 

“Bakıdakı yarışları niyə bəyəndim? Real danışsaq, Bakıda öz işinin öhdəsindən gələn komanda vardı. Onlar xüsusən küçə yürüşlərində yaxşı təşkilatlanmışdılar. 

Məncə Bakıdakı Qran-Prini fərqləndirən cəhət məhz bu komanda işi və bizimlə kommunikasiya məsələsində uğurlu olmaq idi. Bakı “Formula-1” üçün əlverişli məkandır. Coğrafiya baxımından bu bölgədə olmağımız bizi sevindirir. Biz coğrafiyamızı genişləndiririk. Vyetnamda da artıq bu ildən yarış keçirəcəyik”. 

Qeyd edək ki, Bakıda bu il "Formula-1" yarışı 5-7 iyun tarixlərində keçiriləcək. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri