12 
Fev
2020
11:31
17
194
3565
Virtual karabakh

Elxan Məmmədov: “Pablarımızda yetərincə pivə yox idi”

12 Fev, 2020
11:31
3565

Elxan Məmmədov: “Pablarımızda yetərincə pivə yox idi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən il Bakıda keçirilmiş UEFA Avropa Liqası zamanı finala iki İngiltərə komandası çıxmışdı. Bildiyiniz kimi, ingilislər pivə içməyi sevir. Ancaq bizim pablarımız qonaqlarımıza tamamilə pivə çatdıra bilmədilər. Bu il isə Avropa çempionatı üçün Britaniyadan uelsli azarkeşlər gələcək. Ümid edirəm ki, pablarımız və restoranlarımız bu baxımdan bu dəfə problem yaşamayacaq”. 

Oxu.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi və icraçı-vitse prezidenti Elxan Məmmədov deyib. 

O bildirib ki, AVRO-2020 üçün artıq biletlər satışdadır. O, daha sonra konfrans iştirakçılarına sual ünvanlayıb. “Formula-1” və AVRO-2020-nin Azərbaycan üçün ortaq nöqtəsi hansıdır?” sualına bir iştirakçı düzgün cavab verib. Cavab “Azərbaycan hər iki yarışda təmsil olunmur” olub. 

Qalibə Bakıda keçiriləcək dörd oyunun hər biri üçün dörd bilet verilib. Daha sonra E.Məmmədov Çempionlar Liqasını Bakıda keçirilməsi barədə verilən suala belə cavab verib: 

“Dünya futbolunda hər bir ölkə dörd yarışı - dünya və Avropa çempionatı, Çempionlar Liqası və Avropa Liqası yarışı keçirmək istəyir. Təbii ki, bizim də Çempionlar Liqası keçirmək üçün potensialımız var. Bunun üçün 70 minlik Bakı Olimpiya Stadionuna malikik. Mən inanıram ki, biz gələcəkdə Çempionlar Liqasını keçirəcəyik”. 

E.Məmmədov AVRO-2020-nin iştirakçılarının Azərbaycana tez gələcəyini söyləyib: 

“Türkiyə, Uels və İsveçrə Bakıda təlim-məşq toplanışı keçirəcək. Bu məlumat bizə üç gün əvvəl gəlib. Bu isə o deməkdir ki, azərbaycanlı azarkeşlər bu komandaları 10 gün ərzində görmək imkanı əldə edəcək”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri