12 
Fev
2020
13:02
326
13
4145
Virtual karabakh

Sənan Süleymanov: “Erməni fiziki cəhətdən güclü olsa da, onu məğlub etməyi bacardım”

12 Fev, 2020
13:02
4145

Sənan Süleymanov: “Erməni fiziki cəhətdən güclü olsa da, onu məğlub etməyi bacardım”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, güləşçimiz Sənan Süleymanov (77 kq) İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb. 

Bütün rəqiblərinə qalib gələrək himnimizi səsləndirən gənc yunan-Roma güləşçilərimiz qələbə təəssüratlarını və yarışla bağlı fikirlərini Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb:

“İlk dəfə bu yarışda 77 kq-da çıxış etdim. Çəkim hazırda 75 kq-dır. Ona görə də heç kim məndən medal gözləmirdi. Heç mən özüm də fəxri kürsüyə qalxacağıma inanmırdım. Bu da rahat və heç bir təzyiq hiss etmədən güləşməyə imkan verirdi.

Görüşdən-görüşə inamım artdı. İlk qarşılaşmada Bolqarıstan ermənisinə qalib gəldim. Yarımfinalda qarşılaşdığım erməni həm fiziki cəhətdən, həm də təcrübəsinə görə məndən üstün idi. Ancaq onu da məğlub etməyi bacardım. Finalda zərrəcə həyəcan keçirmirdim. Şükürlər olsun, xalçada bacardığımı ortaya qoyub, bayrağımızı dalğalandırdım.

Çəkim az olduğu üçün parterdə xal qazanmaq şansımın yüksək olmadığını bilirdim. Ona görə də çalışırdım ki, ayaqüstə xallar alım. Məşqçilərə mənə bu yarışda etimad göstərdikləri üçün minnətdarlığımı bildirirəm. Məsləhət olsa, bundan sonra da 77 kq-da güləşmək istərdim. Qələbəmi buna sevinən hər kəsə, ən başda da ailəmə həsr edirəm”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri