12 
Fev
2020
19:22
64
119
4299
Virtual karabakh

Avropa çempionatının bürünc mükafatçısı: “Yorğunluq və yol verdiyim səhv sözünü dedi”

12 Fev, 2020
19:22
4299

Avropa çempionatının bürünc mükafatçısı: “Yorğunluq və yol verdiyim səhv sözünü dedi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə yığmamızın əsas simalarından biri İslam Abbasov (87 kq) Avropa çempionatında bürünc medal qazanıb.  

Oxu.Az xəbər verir ki, ardıcıl ikinci dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan pəhləvanımız Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib:  

“Yarış yaxşı keçdi. Rəqiblər güclü idi. Çətin qrupa düşmüşdüm. Ona görə də sona kimi mübarizə aparmalıydım. Yarımfinala qədər çox güc sərf etməli oldum. Yorğunluq və yol verdiyim səhv sözünü dedi. Bundan sonra görüşü lehimə çevirmək mümkün olmadı. İndi lisenziya turnirinə tam güclə hazırlaşmaq lazımdır. Çalışacağam ki, növbəti yarışları səhvsiz keçirim”. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri