13 
Fev
2020
00:04
425
24
5680
Virtual karabakh

Daha bir güləşçimiz Avropa çempionu oldu

13 Fev, 2020
00:04
5680

Daha bir güləşçimiz Avropa çempionu oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir. 

Oxu.Az xəbər verir ki, üçüncü yarış günündə daha üç yunan-Roma güləşçimiz fəxri kürsüyə yüksəlməyi bacarıb. 

Murad Bazarov (60 kq) və Ülvi Qənizadə (72 kq) bürünc medal qazanıbsa, Rafiq Hüseynov hamıdan güclü olub. 

82 kq çəki dərəcəsində yarışan pəhləvanımızın sonuncu rəqibi bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub. Görüş azərbaycanlı idmançının qələbəsi ilə yekunlaşıb - 2:1.  

Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub. 

Qeyd edək ki, ötən gün 77 kq çəkidə mübarizə aparan Sənan Süleymanov da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdi. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri